CEV Çelenc Kuboku: “DH Volley” 1/16 final oyununa çıxır

CEV Çelenc Kuboku: “DH Volley” 1/16 final oyununa çıxır
Azərbaycanın qadın voleybolçulardan ibarət “DH Volley” komandası bu gün CEV Çelenc Kubokunda növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Durval De Santana Nunyesin (Durval de Santana Nunes) baş məşqçisi olduğu kollektiv 1/16 final mərhələsinin ilk qarşılaşmasında Polşanın LKS (ŁKS) komandası ilə qarşılaşacaq.
Azərbaycan təmsilçisi mərhələnin ilk duelində ev sahibi statusunda çıxış edəcək. Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, “DH Volley” əvvəlki mərhələdə Danimarkanın “Holte” klubunu iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb. Komandamız ilk görüşdə 3:1, cavab matçında isə 3:0 hesabı ilə qalib gəlib.
CEV Çelenc Kuboku
1/6 final, ilk oyun
26 noyabr
18:00. DH Volley (Azərbaycan) – LKS (Polşa)
Bakı. Fövqəladə Hallar Nazirliyinin idman zalı.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər