Bu gün “Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, gənc "bayquşlar" 5-ci tur çərçivəsində "Barselona"dan (Barcelona) olan həmyaşıdlarını qəbul edəcəklər.
Qarşılaşma Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq və saat 15:00-da start götürəcək. Görüşü Finlandiyandan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Adino Mustedanaqiçin (Adin Mustedanagić, Adin Mustedanagic) baş məşqçisi olduğu kollektiv əvvəlki oyunların hamısında uduzub - İngiltərə "Mançester Yunayted"inə (0:5), Çexiya "Slaviya"sına (0:3), Almaniya "Borussiya Dortmund"una (0:2) və Norveç "Vikinq"inə (0:5). Hazırda hesabında xal olmayan "Sabah" turnir cədvəlində sonuncu - 36-cı yerdədir.
UEFA Gənclər Liqası
5-ci tur
25 noyabr
15:00. "Sabah" (U-19) – "Barselona" (U-19)
Baş hakim: Peyman Simani (Finlandiya).
Masazır. "Bank Respublika Arena".
"Sabah" meydana bu "11-lik"lə çıxıb: 12.Rauf Əyyubov, 44.Tuncay Əhmədov, 81.Rəşad Gülüşov, 18.Həzrət Səmədov, 66.Əhməd Tarverdiyev, 45.Obed Adontenq, 85.Anar Hüseynov, 22.Nurlan Zeynallı, 29.Rolan Mustafayev, 42.Seydi Danziyev, 77.Emmanuel Bakare