"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda "Barselona" (Barcelona) ilə üzləşəcək. Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadovla əlaqə saxlayıb oyunla bağlı fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Qarşılaşmanı hamı çox maraqla gözləyir. Məncə, azarkeşlər, mütəxəssislər və futbolu sevənlər üçün çox böyük bir bayram olacaq. "Sabah"a uğurlar arzulayıram. Çox çətin matç olacağına şübhə yoxdur. Çünki son zamanlar "Barselona" çox yaxşı performans göstərir - həm komanda olaraq, həm də fərdi futbolçular baxımından. Ona görə bu komandanın potensialı hər kəsə bəllidir. "Sabah"ın da, həmçinin, çox yaxşı kollektivə sahib olduğunu düşünürəm. Komanda oyunu və hücum futbolu baxımından yaxşıdırlar. Nəticənin necə olacağını isə bu görüşdən sonra görə biləcəyik. Amma onu deyə bilərəm ki, çox maraqlı bir oyun olacaq. Komandamıza uğurlar arzulayıram. "Sabah" artıq bizi sevindirib və bundan sonra da öz oyunu və nəticələri ilə bizi sevindirməyə davam edəcək".