UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tur davam edir.
Fanat.Az xəbər verir ki, bu gün Azərbaycan çempionu "Sabah" tarixi matça çıxacaq.
Valdas Dambrauskasın baş məşqçisi olduğu "bayquşlar" İspaniya nəhəngi “Barselona” (Barcelona) ilə qarşılaşacaq. Bakı Olimpiya stadionunda keçiriləcək tarixi görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakimi Nikolas Uolş (Nick Walsh) olacaq.
Qeyd edək ki, "Sabah" əvvəlki 4 turda 3 xal qazanıb və hazırda Liqa mərhələsinin ümumi turnir cədvəlində 30-cu yerdədir.
"Sabah" ÇL-də növbəti matçını 8 dekabrda İspaniyanın digər təmsilçisi "Vilyarreal"a (Villarreal) qarşı keçirəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 5-ci tur
25 noyabr
21:45. “Sabah” (Azərbaycan) – “Barselona” (İspaniya)
Hakimlər: Nikolas Uolş, Frensis Konor (Francis Connor), Daniel Makfarleyn (Daniel McFarlane), Donald Robertson (hamısı Şotlandiya).
Bakı. Olimpiya Stadionu.
“Sabah”: 92 Stas Pokatilov (k), 3 Stiv Solvet, 7 Umarali Raxmonaliyev, 8 Kristian Nvaçukvu, 9 Xəyal Əliyev, 13 İvan Lepiniça, 27 Timoteuş Puxaç, 33 Erivaldo Almeyda, Ksander Severina, 37 Du Keyros, 80 Akim Zedadka.
Ehtiyat oyunçular: 1 Amin Ramazanov, 94 Rəvan Mirzəmmədov, 5 Rəhman Daşdəmirov, 6 Abdulax Xaybulaev, 10 Aleksey İsayev, 11 Kahim Parris, 16 Rauf Rüstəmli, 17 Tellur Mütəllimov, 20 Coy Lens Mikels, 21 Velko Simiç, 88 Rodriqo Fernandeş, 99 Patrik Mbina.
Baş məşqçi: Valdas Dambrauskas
“Barselona”: 1 Joan Qarsiya, 3 Balde, 6 Qavi, 7 Fermin Lopes, 8 Pedri, 9 Xesus, 14 Adeyemi, 17 Qordon, 18 Jerar Martin, 21 De Yonq, 23 Kunde.
Ehtiyat oyunçular: 13 Şçesnı, 25 Livakoviç, 2 Joao Kanselo, 4 Farinas, 5 Kubarsi, 11 Rafinya, 20 Olmo, 22 Bernal, 24 Erik Qarsiya, 27 Bisivu, 41 Alekş Kampos, 42 Oskar Gistau.
Baş məşqçi: Hansi Flik