Bu gün "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda "Barselona"nı (Barcelona) qəbul edəcək. Azərbaycan millisinin sabiq hücumçusu Xəqani Məmmədovla əlaqə saxlayıb "bayquşlar"ın İspaniya nəhəngi ilə ev oyunundan nə gözlədiyini soruşduq.
Hazırda "Neftçi" İK-nın futbol akademiyasının koordinatoru qismində fəaliyyət göstərən 50 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Sabah"ın Çempionlar Liqasının Liqa mərhələsinə qatılmasının özü böyük bir uğurdur. "Barselona"nın Bakıya gəlməsi isə əlamətdar futbol hadisəsidir. Oyunun mahiyyətini təmsilçimizin bütün futbolçuları anlayırlar. Nəticənin necəliyindən asılı olmayaraq, "Sabah"ın bütün oyunçularının özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaqları dəqiqdir. "Sabah"a dünya nəhəngi ilə görüşdə uğurlar arzulayıram".
Xatırladaq ki, Bakı Olimpiya Stadionunda (BOS) reallaşacaq görüşün start fiti saat 21:45-də səsləndiriləcək.
Nihat