Samuxda ilk cüdo zalı fəaliyyətə başlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti (ACF) məlumat yayıb.
Yeni zal Samux rayonu Sərkar kənd tam orta məktəbində istifadəyə verilib. ACF tərəfindən zal müasir standartlara uyğun tatamilər və məşq prosesi üçün zəruri avadanlıqlarla təchiz olunub.
Burada 80 uşaq və yeniyetmənin cüdo ilə məşğul olması üçün əlverişli şərait yaradılıb.