"Lill"in (Lille) baş məşqçisi Davide Ançelotti (Davide Ancelotti) Çempionlar Liqasının Liqa mərhələsində "Bayern Münhen" (Bayern München, Bayern Munich) üzərində qazanılan sürpriz qələbəni (2:1) şərh edib.
Fanat.Az xəbər verir ki, o, matçdan sonra UEFA-nın rəsmi saytına açıqlamasında belə danışıb:
"Klubumuz adına əla qələbə oldu. Oyunçularıma görə çox şadam. Onlar bu uğura layiq idilər. Çünki bütün ürəkləri ilə oynadılar. Belə bir rəqibi öz meydanında yenmək xəyal edə biləcəyimiz ən yaxşı nəticə idi. Bundan yaxşısı ola bilməzdi.
Düzdür, onların "Qızıl top" mükafatının qalibi Harri Keyn (Harry Kane) komandaya kömək edə bilmirdi. Amma "Bayern"in bəlli oyun tərzi var. Ona görə də sistemlərinin dəyişməyəcəyini bilirdik. "Bayern" kimi güclü komandalarda meydanda kimin oynamasının əhəmiyyəti yoxdur. Buna görə də sanki "Bayern"in ən güclü komandasına qarşı oynayacaqmış kimi hazırlaşmışdıq".
Beləliklə, Liqa mərhələsində ilk qələbəsini qazanan Fransa təmsilçisi 4 xalla 29-cu yerdə qərarlaşıb. "Bayern" isə 8 xalla 15-cidir.
Mirağa