Elçin Məsiyev U-17 dünya çempionatında növbəti oyuna təyinat alıb

Elçin Məsiyev U-17 dünya çempionatında növbəti oyuna təyinat alıb

Azərbaycanın FIFA referisi Elçin Məsiyev Qətərdə 17 yaşadək futbolçular arasında keçirilən dünya çempionatında növbəti oyuna təyinat alıb.

Fanat.Az xəbər verir ki, o, G qrupunda Vyetnam (Việt Nam, Vietnam) - Mali matçının baş hakimi olacaq. Referiyə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.

Noyabrın 26-da Əl Rəyyan şəhərindəki “Aspire Zone” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Xatırladaq ki, Elçin Məsiyev daha əvvəl mundialda Səudiyyə Ərəbistanı (Saudi Arabia) - Uruqvay (Uruguay), İspaniya (España, Spain) - Çin (China) oyunlarının dördüncü, Ekvador (Ecuador) - Uqanda (Uganda) görüşünün isə baş hakimi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər