Azərbaycan 1-ci Liqasında birinci dövrə başa çatır.
Fanat.Az xəbər verir ki, dövrənin sonuncu - 9-cu turu bu gün start götürəcək.
Açılış günündə 3 oyun baş tutacaq. Liderlər məhz ilk oyun günündə meydana çıxacaqlar. Zirvədə qərarlaşan "Şahdağ Qusar" Bakıda aşkar autsayder "Baku Sportinq"lə qarşılaşacaq. Liderin ən yaxın izləyicisi "Gəncəbasar"ı isə çətin oyun gözləyir. Elhad Nəzirinin baş məşqçisi olduğu qərb təmsilçisi Gəncədə iddialılardan MOİK-i (MOIK) qəbul edəcək. Günün daha bir qarşılaşması isə Yevlaxda təşkil olunacaq. "Karvan-Yevlax" "Mingəçevir"i sınağa çəkəcək.
Qeyd edək ki, turun daha 2 görüşü (“Zaqatala” – “Xankəndi” və “Səbail”– “Şimal”) sabah keçiriləcək.
Azərbaycan 1-ci Liqası
9-cu tur
26 noyabr
14:30. “Baku Sportinq” – “Şahdağ Qusar”
Hakimlər: Kamran Əliyev, Elmin Süleymanov, Samir Qaracayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Baku Sportinq Arena”.
14:30. “Karvan-Yevlax” – “Mingəçevir”
Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, İslam Məmmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Yevlax şəhər stadionu.
19:00. “Gəncəbasar” – MOİK
Hakimlər: Nazim Abdullayev, Orxan İbişov, Anar Bədəlov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Gəncə şəhər stadionu.