"Barselona"nın (Barcelona) futbolçusu Entoni Qordon (Anthony Gordon) UEFA Çempionlar Liqasında "Sabah"la qarşılaşmada dubla imza atdıqdan sonra Azərbaycanla bağlı maraqlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, ingiltərəli hücumçu Bakıda keçirdiyi uğurlu çıxışlardan sonra ölkəmizə rəğbətini gizlətməyib.
Qordon açıqlamasında zarafatla "Bəlkə də həyatımın hansısa mərhələsində buraya köçməliyəm. Burada çox uğurlu çıxış edirəm. Azərbaycan gözəl yerdir", - deyə bildirib.
Qeyd edək ki, futbolçu ötən mövsüm "Nyukasl"ın (Newcastle United) heyətində "Qarabağ"a qarşı keçirdiyi oyunda dörd qol vurmuşdu. O, Bakıda "Sabah"a qarşı görüşdə isə iki dəfə fərqlənərək Azərbaycanla bağlı uğurlu statistikasını davam etdirib.
Beləliklə, Qordon Çempionlar Liqasında Azərbaycanda keçirdiyi iki oyunda ümumilikdə altı qol vurub.
Əlisahib İbrahimli