UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda "Barselona" (Barcelona) Bakıda "Sabah"ı məğlub edib (4:1).
Fanat.Az xəbər verir ki, oyundan sonra Kataloniya təmsilçisinin forvardı Qabriel Jezus (Gabriel Jesus) jurnalistlərin suallarını cavablandırıb.
Onun açıqlaması belə olub:
- Oyun barədə nə deyə bilərsiniz?
- Qələbəyə və 3 xala görə hamımız çox şadıq. Əlbəttə, hər zaman yaxşı oynamaq və daim "Barselona" üslubunda çıxış etmək istəyirik. Amma aydındır ki, bugünkü şərait bir qədər fərqli oldu - ot örtüyü və meydanın durumu təsir etdi. Üstəlik, mənim kimi oyun ritmi çatışmayan bir neçə futbolçu meydana çıxanda bir-birimizi anlamaq çətinləşir. Yenə də nəticədə qələbə qazandıq. Şəxsi çıxışıma gəlincə, düşünürəm ki, o qədər də əla deyildi, çünki öz potensialımı yaxşı bilirəm. Amma nəticədə mən 9 nömrəyəm və qolumu vurdum.
- Qabriel, bu gün gözlər sizin üzərinizdə idi. Əsas heyətdə Rafinya (Raphinha) yox idi, təbii ki, Lamin Yamal (Lamine Yamal) da oynamırdı. Siz, Entoni Qordon (Anthony Gordon) və Karim Adeyemidən ibarət bu üçlüyü necə qiymətləndirirsiniz?"
- Deyildiyi kimi, bilirsiniz, çox vaxt üçümüzün birgə oynaması asan olmur. Bu gün birlikdə oynadıq. Bəzən aramızda anlaşma bir qədər çatışmır. Amma günün sonunda oynamaq, dəqiqələr qazanmaq və şans əldə etmək çox vacib idi. Təbii ki, həm qol vurduğum, həm də komanda yoldaşlarımın fərqləndiyi üçün çox sevinirəm.
Əlisahib İbrahimli