Misli Premyer Liqasının 13-cü turunda "Neftçi"nin qonağı olacaq "Zirə"nin 4 futbolçusu liderə qarşı oynaya bilməyəcək.
Bu barədə Fanat.Az-a qəsəbə klubunun sözçüsü Elmar Absullazadə məlumat verib:
"Cəzalı futbolçu yoxdur. İssa Cibrila (Issa Djibrila), Bayere Lue, Ktatau və Ange Mutsinzi zədə səbəbindən qarşıdakı matçı kənardan izləyəcək".
Qeyd edək ki, "Neftçi" - "Zirə" qarşılaşması noyabrın 27-də keçiriləcək. "Palms Sports Arena"da reallaşacaq görüşün start fiti 19:00-da səsləndiriləcək. Hazırda 27 xalı olan "xalq komandası" xalla turnir cədvəlinin 1-ci pilləsində mövqe tutubsa, 20 xala malik "qartallar" 5-ci sıradadır.
Nihat