"Fənərbağça"nın (Fenerbahçe, Fenerbahce) baş məşqçisi Emre Belözoğlu "Şaxtyor"u (Shakhtar) məğlub etdikdən (1:0) sonra rəqibinə təriflər yağdırıb.
Fanat.Az xəbər verir ki, "Fanatik" 46 yaşlı çalışdırıcının oyundan sonrakı mətbuat konfransında dediklərini belə çatdırıb:
"Bizim üçün bu, Çempionlar Liqasına vəsiqə qazanmaq məqsədinin açıq şəkildə hiss olunduğu bir matç idi. Oyunçularımı və Londona qədər səyahət edən bütün azarkeşləri təbrik edirəm.
Rəqib əvvəldən axıra qədər əla idi. Bunu Arda Turan olduğu üçün deyil, çox güclü bir məşqçi ilə qarşılaşdığımız üçün deyirəm. Müharibəyə baxmayaraq, o, gözəl iş görür.
Aydın plan sayəsində güclü rəqibə qarşı vacib qələbə qazandıq. "Fənərbaxça" hər turnirdə bunu etməlidir. Biz burada olmağa layiqik. Ümid edirəm ki, bu ruhda davam edə bilərik. Mən oyunçulara inanıram - kluba gəlməyimin səbəblərindən biri də budur".
Yeri gəlmişkən, Belözoğlu Türkiyə klublarının "Şaxtyor"a qarşı lənətinə son qoyub. Onun komandası tarixdə Ukrayna nəhəngini məğlub edən ilk komanda olub. Bundan əvvəl "Şaxtyor" Türkiyə klublarına qarşı 11 oyunun 10-da qalib gəlmiş və birində heç-heçə etmişdi.
Arda Turanın baş məşqçisi olduğu Donetsk komandasının aktivində 4 xalı var və 26-cı yerdədir. "Fənərbağça" 8 xalla 16-cı yerə yüksəlib.
Mirağa