ÇL oyununa içkili çıxan hakim fasilədə əvəzləndi - VİDEO

ÇL oyununa içkili çıxan hakim fasilədə əvəzləndi -  VİDEO
Asiya Çempionlar Liqasının ikinci divizionunda "Əl-Cəzirə" (Al Jazira) - "Qol Qohar" (1:0) oyunu böyük qalmaqalla başa çatıb.
Fanat.Az xəbər verir ki, İran klubunun nümayəndələri suriyalı baş hakim Hənna Xəttabın (Hanna Khattab) spirtli içki qəbul etdiyindən şübhələniblər.
"Varzesh3"- ün məlumatına görə, bu yöndə şübhələr 32-ci dəqiqədə üzə çıxıb. O, meydanın mərkəzində qayda pozuntusunu qeydə alıb, lakin gözlənilmədən "Əl-Cəzirə"nin türk qapıçısı Ersin Dastanoğluna (Ersin Destanoğlu, Ersin Destanoglu) sarı vərəqə göstərib. Halbuki, qapıçı epizoda ümumiyyətlə uzaq olub. Bu epizod "Qol Qohar"ın nümayəndələrinin belə etirazına səbəb olub.
İran klubu hakimin qeyri-adi davranışına görə dərhal Asiya Futbol Konfederasiyasına şikayət edib və hakim dəyişdirilməsə ikinci hissədə meydana çıxmaqdan imtina edəcəklərini bildirib. Təşkilatçılar sonda razılaşıblar və fasilədən sonra dördüncü hakim Xəttabın yerini tutub.
Suriyalı hakimin özü artıq ittihamlara cavab verib. O, "Facebook" səhifəsində paylaşım edərək Suriya Futbol Federasiyasının rəsmi mövqeyini gözləyəcəyini və müvafiq rəsmilərlə məsləhətləşmələrdən sonra hadisə ilə bağlı tam izahat verəcəyini bildirib.
Eyni zamanda, Xəttab onu təhqir edən və nüfuzuna xələl gətirən insanlara və təşkilatlara qarşı məhkəmə tədbirləri görmək hüququnu özündə saxlayır. Hakim şəxsinə və ailəsinə yönələn müdaxiləni xüsusi olaraq tənqid edib, təhqir və onu nüfuzdan salan açıqlamalara etirazını bildirib. Lakin o, matç zamanı verilən qəribə qərarlar və ya əvəzetmənin səbəbləri ilə bağlı suallara konkret cavab verməyib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər