Obameyanq avtomobil qəzası keçirdi

Obameyanq avtomobil qəzası keçirdi
"Deportivo"nun hücumçusu Pyer-Emerik Obameyanq (Pierre-Emerick Aubameyang) avtomobillə qəza keçirib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Goal" yayıb.
Hadisə noyabrın 26-da futbolçunun məşq bazasına gedərkən İspaniyanın AP-9 avtomobil yolunda baş verib. Obameyanqın idarə etdiyi "Ferrari F12 N-Largo" markalı avtomobil "BMW X1" ilə toqquşub.
Qəza nəticəsində digər avtomobil ciddi zədələnib və evakuator vasitəsilə ərazidən götürülüb. Obameyanq isə xəsarət almayıb. Futbolçu hadisədən sonra yoluna davam edərək məşqə çatıb və komanda ilə birlikdə normal məşq edib.
Qabonlu hücumçu hadisəni şərh edərkən bunun kiçik bir qorxu yaşatdığını bildirib:
"Bu, sadəcə kiçik bir qorxu idi. Əsas odur ki, hər ikimiz yaxşıyıq. Mənim üçün ən vacibi qəza zamanı digər şəxsin də xəsarət almamasıdır".
Qeyd edək ki, "Deportivo" noyabrın 29-da İspaniya La Liqasının növbəti turunda "Barselona" (Barcelona) ilə qarşılaşacaq. Obameyanqın həmin oyunda iştirakı ilə bağlı qəzanın hər hansı problem yaratmadığı bildirilir.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər