UEFA Çempionlar Liqasında 5-ci turun oyunlarından sonra həftənin rəmzi komandası müəyyənləşib.
Fanat.Az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, rəmzi heyətdə İspaniya, İtaliya, İngiltərə və Fransa klublarının futbolçuları yer alıblar.
Siyahıda İspaniya təmsilçiləri üstünlük təşkil edir – La Liqa klublarının 5 üzvü ən yaxşılar sırasına düşüb. İtaliya A Seriyasından 3, İngiltərə Premyer Liqasından 2, Fransa Liqa 1-dən isə 1 oyunçu rəmzi komandaya daxil edilib.
Həftənin ən yaxşı "11-liy"ini təqdim edirik:
Qapıçı: Alisson Beker ("Liverpul" (Liverpool), İngiltərə)
Müdafiəçilər: Natan Nqoy ("Lill" (Lille), Fransa), Loqan Kosta ("Vilyarreal" (Villarreal), İspaniya), Mario Ermoso ("Roma", İtaliya)
Yarımmüdafiəçilər: Nikolo Barella ("İnter" (Internazionale, Inter Milan), İtaliya), Luis Milya ("Komo" (Como), İtaliya), Cud Bellinqem ("Real Madrid", İspaniya), Rayan Şerki ("Mançester Siti" (Manchester City), İngiltərə)
Hücumçular: Entoni Qordon ("Barselona" (Barcelona), İspaniya), Kuço Ernandes ("Betis", İspaniya), Kilian Mbappe ("Real Madrid", İspaniya)