Qaşim Maqomedov Astanada beynəlxalq turnirdə mübarizə aparacaq

Qaşim Maqomedov Astanada beynəlxalq turnirdə mübarizə aparacaq

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Qazaxıstanın paytaxtı Astanada keçiriləcək "World Taekwondo Grand Prix" finalında çıxış edəcək.

Fanat.Az xəbər verir ki, təmsilçimiz 58 kq çəki dərəcəsində dayanq üzərinə çıxacaq.

İdmançı böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev və məşqçisi Ayxan Tağızadənin rəhbərliyi altında yarışda mübarizə aparacaq.

Qeyd edək ki, sözügedən yarış noyabrın 27-dən 29-dək davam edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər