Azərbaycanın qadın voleybolçulardan ibarət “DH Volley” komandası bu gün CEV Çelenc Kubokunda növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Durval De Santana Nunyesin (Durval de Santana Nunes) baş məşqçisi olduğu kollektiv 1/16 final mərhələsinin ilk qarşılaşmasında Polşanın LKS (ŁKS) komandası ilə qarşılaşıb.
Azərbaycan təmsilçisi mərhələnin ilk duelində ev sahibi statusunda çıxış edib. Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunan görüş rəqibin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “DH Volley” əvvəlki mərhələdə Danimarkanın “Holte” klubunu iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb. Komandamız ilk görüşdə 3:1, cavab matçında isə 3:0 hesabı ilə qalib gəlib.
CEV Çelenc Kuboku
1/6 final, ilk oyun
26 noyabr
DH Volley (Azərbaycan) – LKS (Polşa) 0:3 (13:25, 18:25, 22:25)
Bakı. Fövqəladə Hallar Nazirliyinin idman zalı.