Azərbaycan 1-ci Liqasında birinci dövrə başa çatır.
Fanat.Az xəbər verir ki, dövrənin sonuncu - 9-cu turu bu gün start götürüb.
Açılış günündə 3 oyun baş tutub. Zirvədə qərarlaşan "Şahdağ Qusar" Bakıda aşkar autsayder "Baku Sportinq"i minimal hesabla üstələyib. Liderin ən yaxın izləyicisi "Gəncəbasar" isə MOİK-lə qolsuz heç-heçəyə razılaşıb. Günün daha bir qarşılaşması isə Yevlaxda təşkil olunub. "Karvan-Yevlax" "Mingəçevir"i məğlub edib.
Qeyd edək ki, turun daha 2 görüşü (“Zaqatala” – “Xankəndi” və “Səbail”– “Şimal”) sabah keçiriləcək.
Azərbaycan 1-ci Liqası
9-cu tur
26 noyabr
“Baku Sportinq” – “Şahdağ Qusar” 0:1
Qol: A.Dauda (Abiola Dauda), 90.
Hakimlər: Kamran Əliyev, Elmin Süleymanov, Samir Qaracayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Baku Sportinq Arena”.
“Karvan-Yevlax” – “Mingəçevir” 2:1
Qollar: S.Abdullayev, 30. İ.Əliyev, 69. - S.Oqunmola (Samuel Ogunmola), 43.
Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, İslam Məmmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Yevlax şəhər stadionu.
“Gəncəbasar” – MOİK 0:0
Hakimlər: Nazim Abdullayev, Orxan İbişov, Anar Bədəlov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Gəncə şəhər stadionu.