UEFA Çempionlar Liqasında Türkiyə futbolu adına tarixi hadisə yaşana bilər.
Fanat.Az xəbər verir ki, "Qalatasaray" və "Fənərbağça"nın turnirin pley-off mərhələsində üz-üzə gəlmək ehtimalı gündəmə gəlib.
İnformasiyanı "FootballRanked" yayıb.
Liqa mərhələsinin 5-ci turunda hər iki komanda qələbə qazanıb. "Qalatasaray" doğma meydanda "Aston Villa"nı, "Fənərbağça" isə səfərdə "Şaxtyor"u (Shakhtar) 1:0 hesabı ilə məğlub edib.
Bu nəticələrdən sonra "Qalatasaray" 9 xalla turnir cədvəlinin 14-cü, "Fənərbağça" isə 8 xalla 16-cı pilləsində qərarlaşıb.
Türkiyənin "Ülke Puanı" hesabının apardığı 10 min simulyasiyanın nəticələrinə əsasən, iki İstanbul təmsilçisinin pley-off mərhələsində qarşılaşmaq ehtimalı 4,6 faiz təşkil edir. Bu göstərici mümkün cütlüklər arasında 11-ci yerdə qərarlaşıb.
"Qalatasaray"ın ən mümkün rəqibləri arasında "Portu" (5,1%), "Atletiko Madrid" (4,7%) və "Vilyarreal" (4,7%) yer alıb. "Fənərbağça" üçün isə "Atletiko Madrid" (4,7%), "Sportinq" (4,6%) və "Qalatasaray" (4,6%) variantları göstərilib.
Qeyd edək ki, bu ehtimal rəsmi UEFA proqnozu deyil, 10 min simulyasiya əsasında aparılmış hesablamanın nəticəsidir. Komandaların liqa mərhələsində tutacaqları yekun mövqelər mümkün qarşılaşmanın reallaşıb-reallaşmayacağını müəyyənləşdirəcək.
Əlisahib İbrahimli