İspaniyanın "Barselona" (Barcelona) klubu 2027-ci ilin yay transfer pəncərəsində İngiltərənin "Mançester Siti" (Manchester City) komandasının müdafiəçisi Yoşko Qvardiolu (Joško Gvardiol) heyətinə qatmağı hədəfləyir.
Fanat.Az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, kataloniyalıların ulduz yarımmüdafiəçisi Rodri sabiq komanda yoldaşı ilə olan yaxın münasibətlərindən istifadə edərək 24 yaşlı xorvatiyalı futbolçunu Hansi Flikin (Hansi Flick) layihəsinə qoşulmağa razı sala bilər.
Digər tərəfdən, Qvardiolun "Mançester Siti" ilə müqaviləsinin 2031-ci ilin iyun ayına qədər qüvvədə olması yanvar ayında bu transferin baş tutmasını demək olar ki, qeyri-mümkün edir.
Yay transfer pəncərəsində isə "Barsa"nın bu keçidi reallaşdırması üçün kifayət qədər yüksək məbləğ ödəməli olacağı bildirilir.