TFF-dən "Beşiktaş"a dəstək: "Səssiz qalmayacağıq"

TFF-dən "Beşiktaş"a dəstək:  "Səssiz qalmayacağıq"
Türkiyə Futbol Federasiyası (TFF) "Beşiktaş" azarkeşlərinə qarşı baş verən hadisələrlə bağlı bəyanat yayıb.
Fanat.Az xəbər verir ki, Federasiya hadisələri qətiyyətlə pisləyərək azarkeşlərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.
İnformasiyanı "beIN SPORTS" yayıb.
Açıqlamada baş verənlərin qəbuledilməz olduğu bildirilib və məsul şəxslərin müəyyənləşdirilməsi tələb olunub.
TFF məsələ ilə bağlı UEFA başda olmaqla müvafiq beynəlxalq futbol qurumları qarşısında lazımi addımların atılacağını bəyan edib.
Federasiya "Beşiktaş" klubuna və onun azarkeşlərinə dəstəyini ifadə edərək hadisənin sonadək araşdırılacağını vurğulayıb.
Qeyd edək ki, TFF açıqlamasında "Səssiz qalmayacağıq" mesajı ilə hadisələrə qarşı prinsipial mövqe nümayiş etdirib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər