Osimhen "Qalatasaray"da qalır? - Gözlənilməz qərar

Osimhen "Qalatasaray"da qalır? -  Gözlənilməz qərar
Türkiyənin "Qalatasaray" (Galatasaray) klubunun nigeriyalı ulduz hücumçusu Viktor Osimhen (Victor Osimhen) İngiltərənin "Mançester Yunayted" (Manchester United) komandasına mümkün yanvar transferini rədd etməyə hazırlaşır.
Fanat.Az "TEAMtalk" portalına istinadən xəbər verir ki, 27 yaşlı forvard karyerasını 2027-ci ilin yayına qədər İstanbul təmsilçisində davam etdirməyə üstünlük verir.
"Qalatasaray" rəhbərliyi də nigeriyalı bombardiri qış transfer pəncərəsində satılmayacaq oyunçu kimi görür və gələcək bütün təklifləri geri çevirmək niyyətindədir.
Xüsusilə futbolçunun müqaviləsində heç bir sərbəstqalma (təzminat) maddəsinin olmaması "sarı-qırmızılılar"ın əlini bu məsələdə daha da gücləndirir.
Digər tərəfdən, hücum xəttini gücləndirməyi planlaşdıran "Mançester Yunayted"in alternativ olaraq Folarin Baloqun (Folarin Balogun) və Ayven Toni (Ivan Toney) variantlarını nəzərdən keçirdiyi bildirilir. Komandaya yeni hücumçu cəlb olunacağı təqdirdə isə Coşua Zirkzeenin (Joshua Zirkzee) "Old Trafford"dan ayrılacağı gözlənilir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər