1-ci Liqa: İlk dövrəyə Masazırda yekun vurulur

1-ci Liqa: İlk dövrəyə Masazırda yekun vurulur
Azərbaycan 1-ci Liqasında birinci dövrəyə bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, dövrənin sonuncu - 9-cu turunun son günündə 2 oyun keçiriləcək.
Əvvəlcə "Zaqatala" doğma meydanda "Xankəndi"ni qonaq edəcək. Autsayder mövqeyində qonşu olan komandalarən dueli turnir cədvəlində biri digərini qabaqlamaq baxımından prinsipiallıq daşıyır.
Tura Masazırda yekun vurulacaq. Çempionluğa iddialı "Səbail" "Şimal"ı "Bank Respublika Arena”da qəbul edəcək.
Qeyd edək ki, ötən gün start götürən turun ilk oyunlarında "Şahdağ Qusar" "Baku Sportinq"i (Sporting) 1:0, "Karvan-Yevlax" "Mingəçevir"i 2:1 hesabı ilə yenib, "Gəncəbasar" - MOİK (MOIK) matçında isə qalib müəyyənləşməyib (0:0).
1-ci Liqa
9-cu tur
27 noyabr
14:30. “Zaqatala” – “Xankəndi”
Hakimlər: Murad Səlimov, Taleh Məmmədov, Rasim Axundov, Ruslan Quliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
16:00. “Səbail”– “Şimal”
Hakimlər: Niyaz Əhmədov, Sənan Atayev, Vüqar Bayramov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Masazır. “Bank Respublika Arena”.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər