Misli Premyer Liqasının (MPL) 13-cü turunda "Kəpəz"i qonaq edəcək "Turan Tovuz"un heyətində son vəziyyətə aydınlıq gəlib.
Bu barədə Fanat.Az-a qərb təmsilçisinin sözçüsü Süleyman Tağıyev məlumat verib:
"Xorxe Silva (Jorge Silva) cəzalıdır. Aleksa Yankoviçin (Aleksa Janković, Aleksa Jankovic) durumu son məşqdə bəlli olacaq. Başqa zədəli və cəzalı futbolçu yoxdur. Komanda məşqlərə davam edir".
Oyun noyabrın 28-də Tovuz şəhər stadionunda baş tutacaq. Matç saat 16:30-da reallaşacaq.
Qeyd edək ki, "Turan Tovuz" turnir cədvəlində 24 xalla 3-cü pillədə qərarlaşıb.
Əlisahib İbrahimli