Kamilo Duran tarix yazdı: "Seltik"in 23 illik həsrəti bitdi

Kamilo Duran tarix yazdı:  "Seltik"in 23 illik həsrəti bitdi
Şotlandiyanın "Seltik" (Celtic) klubu UEFA Avropa Liqasının liqa mərhələsinin 5-ci turunda səfərdə Portuqaliyanın "Torrense" (Torreense) komandasını 2:1 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, görüşdə hesab 9-cu dəqiqədə Xavi Vaskesin (Xavi Vázquez, Xavi Vazquez) avtoqolu ilə açılıb.
Meydan sahibləri 19-cu dəqiqədə Dani Hanın qolu ilə tarazlığı bərpa ediblər. Qarşılaşmanın 84-cü dəqiqəsində isə əvəzetmədən meydana daxil olan "Qarabağ"ın sabiq forvardı Kamilo Duran (Camilo Durán, Camilo Duran) baş zərbəsi ilə qələbə qolunu vurub.
Bu nəticə "Seltik"üçün tarixi əhəmiyyət daşıyır. Belə ki, Qlazqo təmsilçisi 2003-cü ilin aprelindən sonra ilk dəfə Avropanın əsas klub turnirlərində Portuqaliyada səfər qələbəsi qazanıb. Komanda bununla 23 illik həsrətə son qoyub.
Matçdan sonra "Seltik"in baş məşqçisi Martin Onil (Martin O'Neill) qələbə qolunun müəllifi Kamilo Duranın çıxışını yüksək qiymətləndirib.
"İnamı heç vaxt itirməməlisiniz. Kamilo hazırda əla formadadır, o, möhtəşəm futbolçudur", - deyə təcrübəli mütəxəssis bildirib.
Qeyd edək ki, Duran "Beşiktaş"la əvvəlki Avropa Liqası matçında da ehtiyatdan meydana daxil olaraq iki qol vurmuşdu. O, cari mövsümdə vurduğu qolların sayını 15-ə çatdırıb.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər