"Orada futbol oynamaq mümkün deyil" - Füzuli Məmmədov

"Orada futbol oynamaq mümkün deyil" - Füzuli Məmmədov
1-ci Liqanın 9-cu turunda autsayder "Baku Sportinq"in qonağı olan lider "Şahdağ Qusar" 1:0 hesablı qələbə qazandı. Tur hələ yekunlaşmasa da, xallarının sayını 22-yə çatdıran Qusar təmsilçisinin ilk dövrəni turnir cədvəlinin zirvəsində başa vurduğu məlum həqiqətdir. Qusarlıların baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxlayıb oyunu şərh etməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Oyunun ağır keçəcəyini öncədən bilirdik. Rəqib turnir cədvəlinin son pilləsində qərarlaşsa da, güclü komandadır. Çünki heyətlərində təcrübəli futbolçuların sayı çoxdur. Bundan başqa, meydan amilinin də bizə əlavə problem yaradacağının fərqindəydik. Meydan həqiqətən bərbad vəziyyətdədir. Orada futbol oynamaq mümkün deyil. Şükürlər olsun ki, qalib gəldik. Bu qələbə bizə çox vacib idi. Uşaqlar xarakter göstərdilər, sonadək mübarizə apardılar. Futbolçularımı, azarkeşlərimizi, hər zaman yanımızda olan rəhbərliyi, bizdən diqqətini əsirgəməyən prezidentimiz Samir Xeyirbəyovu təbrik edirəm. Bizim uğurumuza sevinənləri sevindirmək üçün çalışırıq".
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər