Bu gün Misli Premyer Liqasında “Turan Tovuz” doğma meydanda “Kəpəz”i qəbul edib.
Fanat.Az xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.
Oyundan sonra Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev (Kurban Berdyev) media nümayəndələrinin suallarını cavablandırıb.
Onun açıqlaması belə olub:
- Gözlədiyimiz kimi çətin oyun oldu. Rəqibin yaxşı hücum və orta xətti var. Bizim oyunçular xarakter göstərib qələbə qazandılar.
- Penalti vəziyyətinə baxmışdınız?
- Xeyr. Baxmamışam.
- “Kəpəz”in baş məşqçisi Azər Məmmədov oyundan ən az bir xal qazanmaq bizim haqqımız idi dedi. Bu fikirlə razısınız?
- Bu onun fikridir. Heç nə deyə bilmərəm.
Əlisahib İbrahimli