BATE tarixində ilk dəfə elitanı tərk etdi

BATE tarixində ilk dəfə elitanı tərk etdi

Tanınmış Belarus klubu BATE tarixində ilk dəfə ölkənin elit çempionatını tərk edib.

Fanat.Az xəbər verir ki, sözügedən kollektiv 2026-cı il mövsümünü 15-ci pillədə başa vuraraq aşağı liqaya düşüb.
Borisov təmsilçisi keçirdiyi 30 oyunda 5 qələbə, 10 heç-heçə edib və 15 məğlubiyyətlə yadda qalıb. BATE çempionatın son turunda “İsloç”la (Isloch) 1:1 hesablı heç-heçə edib.
Qeyd edək ki, BATE Belarus futbolu tarixində 29 titul qazanıb. Komanda 2006-2018-ci illərdə ardıcıl 13 dəfə ölkə çempionu olub. Ümumilikdə 15 çempionluqla Belarus rekordunu əlində saxlayan klubun hesabında 6 ölkə kuboku və 8 Superkubok da var.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər