Mahir Emrelinin qolu komandasını xilas etmədi

Mahir Emrelinin qolu komandasını xilas etmədi
Polşa Ekstraklasasında 16-cı turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Rakuv" (Raków, Rakow) doğma meydanda "Piast Qlivitse"ni (Piast Gliwice) qəbul edib.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətində meydana çıxan 29 yaşlı azərbaycanlı forvard komandasının yeganə qolunun müəllifi olub. İlk hissədə iki top buraxan Çestoxova təmsilçisi 59-cu dəqiqədə məhz Mahir Emrelinin dəqiq zərbəsi ilə fərqi minimuma endirib.
77-ci dəqiqədə İsak Brusberqlə (Isak Bråberg, Isak Braberg) əvəzlənən milli komandamızın üzvü komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər