"Qalatasaray"ın (Galatasaray) nigeriyalı hücumçusu Viktor Osimhenin (Victor Osimhen) zədədən sonra yaşıl meydanlara qayıtması gözlənilir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fanatik" yayıb.
Dizindən əməliyyat olunan 27 yaşlı futbolçunun noyabrın 30-da "Beşiktaş"la keçiriləcək İstanbul derbisində iştirak etməsi gündəmə gəlib.
Mənbənin məlumatına görə, Osimhenin qarşılaşma üçün heyətə daxil ediləcəyinə artıq böyük ölçüdə əminlik var. Futbolçu məşqlərdə özünü yaxşı hiss edərsə, ikinci hissədə meydana çıxması gözlənilir.
Qeyd edək ki, nigeriyalı hücumçu noyabrın 7-də sol dizindən artroskopik əməliyyat keçirib. O, zədələndikdən sonra bir neçə qarşılaşmanı buraxıb.
Osimhenin derbidə iştirakı ilə bağlı son qərar məşqlərdən və tibbi müayinələrin nəticələrindən sonra veriləcək.
Əlisahib İbrahimli