1-ci Liqanın 9-cu turunun mərkəzi qarşılaşması Gəncədə keçirildi. "Gəncəbasar"ın qonağı olan MOİK (MOIK) qolsuz bərabərlik sayəsində 1 xal əldə etdi. "Hərbçilər"in baş məşqçisi İlham Yadullayev ilə əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"İlk dəfə Gəncə stadionunda oyuna çıxırdıq. Belə möhtəşəm idman qurğusunda yaradılan əla ab-havaya görə gəncəliləri təbrik etmək istəyirəm. Super atmosfer var idi. Gəncəyə belə stadion yaraşır.
Oyunda qol olmasa da, çox maraqlı mübarizə oldu. "Gəncəbasar" möhkəm, mübariz komandadır. Tktiki planda da çox yaxşı futbol oynayırlar. Matça yaxşı hazırlaşmışdıq. Futbolçularımdan razı qaldım. Pis oynamadılar. Qol epizodlarından lazımınca istifadə edə bilmədik. Oyun heç-heçə ilə bitdiyi üçün çox məyusam. Bu oyunda qalib gəlməliydik. Qismət belə imiş".
Nihat