UEFA Avropa Liqasında "Olimpik Marsel" (Olympique de Marseille, Olympique Marseille) və "Levski" (1:0) arasında keçirilən oyun beynəlxalq qalmaqala səbəb olub.
Fanat.Az xəbər verir ki, Fransanın "Stade Velodrom"unda azarkeşlər arasında toqquşma yaşanıb.
İnsident Bolqarıstanın ali rəhbərliyinin sərt reaksiyasına səbəb olub. Onlar Fransa hakimiyyətindən və futbol rəsmilərindən rəsmi araşdırma tələb ediblər.
İğtişaş oyunun startı ərəfəsində baş verib. Qonaq komandanın tərəfdarları üçün 500 nəfərlik yer ayrılmasına baxmayaraq, bəzi bolqarıstanlı azarkeşlər mərkəzi tribunada məskunlaşıbılar. Bundan duyuq düşən yüzlərlə yerli azarkeş qonaq tamaşaçılara hücum çəkiblər. Dava hüquq-mühafizə orqanları tərəfindən dağıdılıb. Yerli polisin məlumatına görə, davada on bir qonaq azarkeş yaralanıb, onlardan beşi xəstəxanaya yerləşdirilib.
Bolqarıstan Xarici İşlər Nazirliyi Fransa tərəfinə rəsmi diplomatik nota göndərərək hərtərəfli araşdırma aparılmasını tələb edib. Sofiya klubunun rəhbərliyi "Stade Velodrom"un Avropa oyunlarına ev sahibliyi etmək hüququndan tamamilə məhrum edilməsini tələb edib. "Olimpik Marsel"i UEFA-dan ciddi sanksiyalarla nəticələnə biləcək intizam tədbirləri gözləyir.
Olaya Fransa prezidenti Emmanuel Makron (Emmanuel Macron) da münasibət bildirib. Fransa prezidentinin mətbuat xidməti azarkeşlər arasında baş verən toqquşmalara belə reaksiya verib: "Bu cür zorakılığa nə idmanda, nə də ictimai məkanda yer yoxdur. Bu hərəkətlər cəzasız qalmayacaq".
Mirağa