Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (K44, 70 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən Qran-Pri Finalında bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, paralimpiyaçı 1/4 final mərhələsində qazaxıstanlı Askar Dinmukhammedi (Asqar Dinmukhammed) üzərində qalib gəlib.
O, yarımfinalda meksikalı Juan Dueqo Qarsia Lopezə (Juan Diego García López, Juan Diego Garcia Lopez) məğlub olub.
Üçüncü yer uğrunda görüşdə braziliyalı rəqibi Valter Sedano Delfino de Oliveyra (Walter Sedano Delfino de Oliveira) döyüşə çıxmadığından İmaməddin Xəlilov bürünc mükafat qazanıb.