"Rəqib yaxşı oynadı, biz isə..." - Ervins Perkons

"Rəqib yaxşı oynadı, biz isə..." -  Ervins Perkons
“İmişli”nin baş məşqçisi Ervins Perkons (Ervīns Pērkons) Misli Premyer Liqasının 13-cü turu çərçivəsində Yevlax şəhər stadionunda “Şəfa”ya qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 1:3 hesabı ilə məğlub olduqları matçla bağlı bunları söyləyib:
“Oyun haqda danışılacaq çox şey yoxdur. Rəqib yaxşı oynadı, biz isə sadəcə stadionda idik. Komandada sanki mübarizə, istək yox idi. Rəqib üçün isə sanki bu matç final oyunu idi. Bütün mübarizələrdə bizi üstələdilər. Heç kəs sənə xal verməyəcək, bunu özün qazanmalısan. Rəqib bizdən üstün idi. Buna görə də qələbə qazandılar. Birinci hissədə 4-4-2 sistemi ilə oynadıq, ikinci hissədə isə 3-5-2-yə keçdik. Topun irəli aparılması yarımmüdafiəçilərdən asılı idi. Onlar daha çox driblinq etməyə çalışırdılar. Belə olanda topun cinahlara çatdırılması ləngiyir. İstədiyimiz nəticəni əldə edə bilmədik”.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər