“Şəfa”nın baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının 13-cü turunda “İmişli”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 3:1 hesablı qələbə barədə bunları söyləyib:
“Qələbəyə çox ehtiyacımız var idi. Uşaqlar bacardıqlarından daha artığını etdilər. Şükürlər olsun ki, 3 xal qazana bildik. Oyun gərgin alındı. Birinci hissədə qismən də olsa, üstünlüyümüz var idi. Hesabda önə keçdik. Təəssüf ki, standart vəziyyətdən qol buraxdıq. Uşaqlar ikinci hissədə vururdular. Əks-hücumların birində üçüncü qolu vurduq və qələbə qazandıq".