“Qalatasaray” “Real Madrid”in ulduzuna göz dikdi

“Qalatasaray” “Real Madrid”in ulduzuna göz dikdi
“Qalatasaray” (Galatasaray) “Real Madrid”in fransalı futbolçusu Eduardo Kamavinqanı (Eduardo Camavinga) transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı “Ajansspor” yayıb.
İstanbul təmsilçisi yanvar transfer pəncərəsində 24 yaşlı yarımmüdafiəçi üçün yenidən danışıqlara başlamağı planlaşdırır. Klub prezidenti Dursun Özbekin də Kamavinqanı komandada görmək istədiyi bildirilir.
Eduardo cari mövsüm “Real Madrid”də əsas heyətə düşməkdə çətinlik çəkir. O, La Liqada 12 oyunda ümumilikdə 373 dəqiqə meydanda olub və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Fransalı futbolçunun “Real Madrid”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Onun hazırkı bazar dəyərinin isə təxminən 50 milyon avro olduğu qeyd edilir.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər