"İnter Mayami" (Inter Miami) MLS-in pley-off mərhələsinin 1-ci turunun ikinci oyununda səfərdə "Kolambus Kryu"ya (Columbus Crew) udyzaraq turniri tərk edib.
Fanat.Az xəbər verir ki, "ScottsMiracle-Gro Field" stadionunda baş tutan matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşlb.
"Kolambus"un heyətində yeganə qolu 90+2-ci dəqiqədə Santyaqo Rodriqes (Santiago Rodríguez, Santiago Rodriguez) vurub. Qonaqların argentinalı superulduzu Lionel Messi 90 dəqiqə meydanda olub.
"İnter Mayami" ilk oyunda bu rəqibinə 3:0 hesabı ilə uduzmuşdu.
Xatırladaq ki, "İnter Mayami" MLS Şərq Konfransının turnir cədvəlində 60 xalla ikinci yerdədir. "Kolambus Kryu" isə 47 xalla 7-ci pillədə qərarlaşıb.
Toğrul