MPL: “Turan Tovuz” “Kəpəz”i, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

MPL: “Turan Tovuz” “Kəpəz”i, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir
Misli Premyer Liqasında 13-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
“Turan Tovuz” evdə “Kəpəz”lə üz-üzə gələcək. Tovuzda keçiriləcək matçın baş hakimi İnqilab Məmmədov olacaq.
“Sabah” isə “Araz-Naxçıvan”ı qəbul edəcək. Görüşü Vüqar Həsənli idarə edəcək.
Qeyd edək ki, daha öncə “Şəfa” “İmişli”yə 3:1, “Neftçi” “Zirə”yə 1:0 hesabıyla qələbə qazanıb. “Şamaxı” – “Qəbələ” və “Qarabağ” – “Sumqayıt” oyunları isə sabah baş tutacaq.
Misli Premyer Liqası
13-cü tur
28 noyabr
16:30.“Turan Tovuz” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Namiq Bəkirov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Anar Şixəliyev
Tovuz şəhər stadionu, 16:30.
19:00.“Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Vüqar Həsənli, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Sabah Arena”, 19:00.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər