Misli Premyer Liqasında 13-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
“Turan Tovuz” evdə “Kəpəz”lə üz-üzə gələcək. Tovuzda keçiriləcək matçın baş hakimi İnqilab Məmmədov olacaq.
“Sabah” isə “Araz-Naxçıvan”ı qəbul edəcək. Görüşü Vüqar Həsənli idarə edəcək.
Qeyd edək ki, daha öncə “Şəfa” “İmişli”yə 3:1, “Neftçi” “Zirə”yə 1:0 hesabıyla qələbə qazanıb. “Şamaxı” – “Qəbələ” və “Qarabağ” – “Sumqayıt” oyunları isə sabah baş tutacaq.
Misli Premyer Liqası
13-cü tur
28 noyabr
16:30.“Turan Tovuz” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Namiq Bəkirov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Anar Şixəliyev
Tovuz şəhər stadionu, 16:30.
“Turan Tovuz”: 1. Oleq Baklov (Oleg Baklov), 88. Faiq Hacıyev, 5. Roderik Miller (Roderick Miller), 21. Stiv Beusnar (Steve Beusnard), 90. Joarlem Santos, 77. Vadji İbrahima (Ibrahima Wadji), 32. Hayderson Hurtado (k), 19. Roberto Olabe, 25. Denis Marandiçi (Denis Marandici), 33. Filip Damyanoviç (Filip Damjanović, Filip Damjanovic), 11. Dioqo Balau (Diogo Balau)
Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin (Aleksei Kenyaykin), 13. Mehman Hacıyev, 4. Rahil Məmmədov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 99. Sadiq Şəfiyev, 23. Alexandro Serrano (Alejandro Serrano), 15. Emmanuel Hakman (Emmanuel Hackman), 8. David Tavareş (David Tavares)
Baş məşqçi: Kurban Berdiyev (Kurban Berdyev)
“Kəpəz”: 1. Rojerio Santos (Rogério Santos, Rogerio Santos), 34. Urfan Abbasov (k), 7. Namik Ələskərov, 8. Şakir Seyidov, 9. Kennet Kalunqa (Kenneth Kalunga), 66. David Domqjoni (David Domgjoni), 11. Viktor Stina (Victor Stînă, Victor Stina), 3. Mahamadu Ba (Mahamadou Ba), 14. Adama Fofana, 4. Mate Abuladze, 27. Desmond Akua (Desmond Acquah)
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 81. Elgün Bayramov, 10. Rəhman Hacıyev, 99. Əli Səmədov, 20. Rafael Məhərrəmli, 5. Hüseyn Babayev, 17. Ümid Səmədov, 2. Arzu Atakişiyev, 70. Şahnur İsmayılov, 23. Raul İsaqov, 21. Azuma Abubakar, 33. Benito
Baş məşqçi: Azər Məmmədov
19:00.“Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Vüqar Həsənli, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Sabah Arena”, 19:00.