Hassano Qravett "Sabah"a qayıtdı

Hassano Qravett "Sabah"a qayıtdı

ABŞ-dən olan basketbolçu Hassano Qravett (Hassani Gravett) "Sabah" klubuna qayıdıb.

Fanat.Az xəbər verir ki, bu barədə ölkə çempionunun mətbuat xidməti məlumat yayıb.

Oyunçu ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Xatırladaq ki, Qravett daha əvvəl iki mövsüm "Sabah"ın formasını geyinib və komandanın əsas oyunçularından biri olub. O, klubda çıxış etdiyi müddətdə iki dəfə Azərbaycan Basketbol Liqasının müntəzəm mövsümünün MVP-si, bir dəfə isə final seriyasının MVP-si seçilib.

"Sabah"dan ayrıldıqdan sonra Qravett İtaliyanın "Cantu" (Cantù) klubunda çıxış edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər