"Hakimlərin verdiyi qərarları başa düşmədim" - Valdas Dambrauskas

"Hakimlərin verdiyi qərarları başa düşmədim" -  Valdas Dambrauskas

"Sabah" Misli Premyer Liqasının XIII turunun oyununda səfərdə "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə məğlub edib.

Fanat.Az xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Barselona" (Barcelona) ilə matçdan sonra bu matçda elə də yaxşı hazırlaşa bilmədik. Bu oyun bizim üçün çox çətin oldu. Rəqib də yaxşı performans göstərdi. Yaxşı pressinq edirdik. Öz oyunçularımı, "Sabah" ailəsini qələbə münasibəti ilə təbrik edirəm. Hakimliklə bağlı da danışmaq istəyirəm. Hakimlərin verdiyi qərarları başa düşmədim. Həddindən artıq çox vərəqə verildi".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər