Libertadores Kubokunun qalibi müəyyənləşdi

Libertadores Kubokunun qalibi müəyyənləşdi

Libertadores Kubokunun finalında “Palmeyras” (Palmeiras) və “Estudiantes” komandaları üz-üzə gəlib.

Fanat.Az xəbər verir ki, Uruqvayın paytaxtı Montevideodakı “Sentenario” stadionunda keçirilən görüş Braziliya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın taleyini 52-ci dəqiqədə Ramon Sosanın (Ramón Sosa) vurduğu qol həll edib. Beləliklə, Abel Ferreyranın (Abel Ferreira) rəhbərlik etdiyi “Palmeyras” tarixində dördüncü dəfə Libertadores Kubokunu qazanıb.
Bu qələbə ilə Braziliya klublarının turnirdəki ardıcıl çempionluq seriyası 8 ilə çatıb. Ölkə təmsilçiləri ümumi titul sayını 26-ya yüksəldərək 25 kuboku olan Argentinanı geridə qoyublar. Qeyd edək ki, “Palmeyras” 2021-ci ildə də məhz “Sentenario” stadionunda kuboku başı üzərinə qaldırmışdı.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər