Mahir Emreli "Rakuv"dakı çətin mövsümdən yazdı

Mahir Emreli "Rakuv"dakı çətin mövsümdən yazdı
Azərbaycan milli komandasının və Polşanın "Rakuv" (Raków Częstochowa, Rakow Czestochowa) klubunun hücumçusu Mahir Emreli sosial şəbəkə hesabında azarkeşlərə səslənib.
Fanat.Az xəbər verir ki, 29 yaşlı forvard ilin son ev oyununda məğlubiyyətə üzüldüyünü bildirib:
"İlin son ev oyunu idi. Təəssüf ki, istədiyimiz nəticə olmadı. İndiyədək çətin mövsüm keçiririk, amma klubdakı hər kəs — oyunçular, məşqçilər və heyət vəziyyəti dəyişmək üçün əlindən gələni edir. Birlikdə işləməyə və mübarizə aparmağa davam edirik. Xüsusilə çətin anlarda göstərdiyiniz inanılmaz dəstək və sədaqətə görə azarkeşlərimizə xüsusi təşəkkürlər. Siz daha çoxuna layiqsiniz və dəstəyinizi heç vaxt dəyərsiz saymayacağıq".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər