“Qalatasaray”ın (Galatasaray) əfsanəvi qapıçılarından olan Fernando Muslera peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, 40 yaşlı uruqvaylı qolkiper ölkəsinin paytaxtı Montevideoda keçirilən Libertadores Kubokunun finalında “Estudiantes”lə çempionluq uğrunda mübarizə aparıb.
“Palmeiras”a məğlubiyyətdən sonra Muslera futbolçu karyerasını bitirmək qərarını açıqlayıb.
O, karyerasını ölkəsində başa vurmaqdan məmnun olduğunu bildirib:
“Məncə, bu, çox gözəl sonluq oldu. Məni qucaqlayan “Estudiantes”lə, azarkeşlərimizlə, ailəm və uşaqlarımla birlikdə Uruqvaya çempionluq uğrunda mübarizə aparmağa gəldik. Bura gələn bütün azarkeşlərimizə çox təşəkkür edirəm. Nəticədən asılı olmayaraq, bundan daha gözəl sonluq ola bilməzdi. Nəticə də futbolun bir hissəsidir. Çox xoşbəxt ayrılıram. Bu, karyeramın sonudur. Yüksək səviyyəli futbol karyerama başladığım yerdə başa vurmaqdan daha gözəl hekayə ola bilməzdi.”
Muslera “Qalatasaray”da uzun illər çıxış edib və klubun tarixində ən çox iz qoyan qapıçılardan biri kimi yadda qalıb.
Əlisahib İbrahimli