Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə bu heyətlə qatılacaq

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə bu heyətlə qatılacaq
15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi oktyabrın 16-dan 18-dək Bakıda təlim-məşq toplanışı keçirib.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, hazırlıq prosesini başa vuran milli UEFA İnkişaf Turnirində iştirak etmək üçün Maltaya yollanacaq.
Təmsilçimiz oktyabrın 19-dan 27-dək davam edəcək turnirdə 3 matça çıxacaq.
Millimiz ilk oyununu oktyabrın 21-də Latviya (Latvija, Latvia) yığmasına qarşı keçirəcək. Bakı vaxtı ilə saat 12:00-da başlayacaq görüş "Sentineri" stadionunda təşkil olunacaq.
Komandamız oktyabrın 23-də saat 15:30-da Malta, oktyabrın 26-da isə eyni saatda Litva (Lietuva, Lithuania) yığması ilə qarşılaşacaq. Hər üç oyun "Sentineri" stadionunda olacaq.
Yığmamızın heyəti belədir:
Sirac Quluzadə (“Qarabağ”), Qabil Həzizadə (“Sumqayıt”), Rəvan Rüstəmov (“Sabah”), Ayxan Əliyev (“Sabah”), Zeyd Çodarov (“Qarabağ”), Sənan Zeynallı (“Qarabağ”), Rasim Əliyev (“Ulduz FA”), Amal Şıxkərimzadə (“Sabah”), Kənan Səfiyev (“Ulduz FA”), Kamil Bədirxanlı (“Qarabağ”), Muhəmməd Hümbətzadə (“Ulduz FA”), Ayxan Rüstəmli (“Ulduz FA”), Hüseyn Novruzlu (“EFA”), Nihat Bəylərli (“Ulduz FA”), Zəfər İbrahim (“Qarabağ”), Cəbrayıl Əkbərov (“Ulduz FA”), Cavid Allahverdi (“Qəbələ”), İmran Seyidbalayev (“Sumqayıt”), Yusif Ağayev (“Sabah”), Onur Əmirzadə (“Neftçi”).
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər