Syominin istədiyi ikinci "Arsenal"lı

Syominin istədiyi ikinci "Arsenal"lı
Kiyev "Arsenal"ından Rafael Santosu heyətinə qatmağa hazırlaşan "Qəbələ" bu komandanın daha bir üzvünə elçi düşüb. Fanat.az xəbər verir ki, Yuri Syomin arxa xətt oyunçusu ilə yanaşı Mixael Odibeni də transfer siyahısına salıb. Lakin sonda "Qəbələ" "Santos" variantına üstünlük verib.
Qeyd edək ki, nigeriyalı mərkəz müdafiəçisi vətənində - "First Bank" klubunda başlayıb (2007-2008, 24 oyun, 1 qol). Daha sonra Belçikanın "Union Sent-Gillois" klubuna keçən (2008-2010, 11 oyun) Mixael 2009/10 mövsümündə İtaliya "Siena"sına icarəyə verilib (4 oyun). "Siena" növbəti mövsümdə transfer etdiyi futbolçunu 5 oyunda oynadıb və 2011-ci ildə "Südtirol"a icarəyə verib (11 oyun, 1 qol). Kiyev "Arsenal"ı Odibeni transfer edib (26 oyun, 4 qol). Nigeriyalı arxa xətt oyunçusu 2012-ci ildə "Dnepr"ə icarəyə verilib (10 oyun, 1 qol).
Odibe 2011-ci ildə milli komandada bir oyun keçirib və Sierra Leone yığmasına qarşı matçda debüt edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər