Almaniyanın "Bayer Leverkuzen" klubunda çıxış edən ingiltərəli müdafiəçi Carel Kuansa "Liverpul"a qayıtmaq ideyasına isti baxmır.
Fanat.Az "Football Insider" nəşrinə istinadən xəbər verir ki, "Liverpul"un 23 yaşlı futbolçunu 2027-ci ilin iyununa qədər 59.5 milyon funt-sterlinqə geri almaq hüququ olsa da, gənc müdafiəçi "Enfild"ə dönməkdən çəkinir.
Ötən yay "Arsenal"ın radarına düşən futbolçunun durumunu hazırda "Real Madrid" və "Çelsi" kimi nəhənglər də diqqətlə izləyir.
Kuansanın "Bayer"dəki uğurlu çıxışı onun transfer bazarındakı dəyərini hər keçən gün artırır.