1-ci Liqanın 4-cü turu çərçivəsində dünən "Zaqatala"nı qəbul edən lider "Şahdağ Qusar" 6:0 hesablı qələbə qazandı. Qusar təmsilçisinin baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxlayıb darmadağını şərh etməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Zaqatala"nı təhlil etmişdik. Aqressiv və dinamik komanda olduğunu bilirdik. Oyundan öncə də sizin saytınıza verdiyim açıqlamada rəqibin zəif və güclü tərəflərini müəyyənləşdirdiyimizi və uşaqları bu barədə məlumatlandırdığımızı demişdim. Bütün tapşırıqları istədiyim səviyyədə yerinə yetirdiklərinə görə futbolçularıma təşəkkür edirəm. Oyunçularım meydanda xarakter göstərdilər, əvvəldən sona qədər oyun planına sadiq qaldılar. Düzgün yanaşma sayəsində böyükhesablı qələbə qazandıq. Amma btün hallarda, "Zaqatala" zəif komanda deyil. Onlara uğurlar arzulayıram. Qələbəni azarkeşlərimizə həsr edirəm".
Nihat