"Fənərbağça"ya qarşı oynayan Nəriman...

"Fənərbağça"ya qarşı oynayan Nəriman...

Türkiyə Super Liqasında 13-cü turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, milli komandamızın hücumçusu Nəriman Axundzadənin şərəfini qoruduğu "Ərzurumspor" çempionluğa iddialı "Fənərbağça"nın qonağı olub.

İlk hissəsi qolsuz başa çatan matç meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb (3:0).

Matça ehtiyat oyunçular skamyasında başlayan Nəriman 81-ci dəqiqədə Mixel Kardosonun əvəzinə meydana çıxıb.

Qeyd edək ki, təmsilçimizin klubu 13 turdan sonra 14 xalla 13-cü pillədə qərarlaşıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər